Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“31 Mart Azərbaycanlıların soyqrımı “günü  ilə əlaqədar dəyirmi masa keçirilib

29.03.2022

29.03.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mədəniyyət Mərkəzində “31 Mart Azərbaycanlıların soyqrımı “günü  ilə əlaqədar dəyirmi masa keçirildi .

     İlk öncə soyqrıma məruz qalmış soydaşlarımızın və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Mədəniyyət Mərkəzinin direktoru Afina Quliyeva çıxışında qeyd etdi ki, XX  əsrin əvvələrindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata –baba yurdlarından qovulmuş onların departasiya prosesi məqsədyönlü şəkildə həyata keçirmişdir.

     2020-ci ilin Sentyabr ayının  27- də başlamış  və 44 gün davam etmiş Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz erməni ordusunu darma –dağın edərək torpaqlarımızı işğaldan azad etdi və  şəhidlərimizin qisasını aldı.

    

 

81.7 KB

 

79.5 KB

 

76.9 KB